Çilidə vulkan belə püskürdü - FOTOLAR
Bizi izləyin

Dünya

Çilidə vulkan belə püskürdü - FOTOLAR

Çilidə Kalbuko vulkanının püskürməsi nəticəsində ölkədə fövqəladə vəziyyət elan edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yatmış vulkan 50 ildən sonra püskürüb. Vulkanın kraterindən havaya 10 kilometr hündürlüyündə kül buludu qalxıb. Avia şirkətlər yaranmış təhlükə ilə bağlı uçuşları ləğv edib.

Yerli hökumət vulkanın 20 kilometr radiusluğunda evakuasiya elan edib. Ordu və polis gücləndirilmiş iş rejiminə keçib. Verilən məlumata görə, 3500 insan evakuasiya edilməlidir.

Kalbuko vulkanı Çilinin paytaxtı Santyaqo şəhərindən 1400 kilometr cənubunda yerləşir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm