• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avropa çarəni tapdı: Miqrant daşıyan gəmilər məhv ediləcək

  • Dünya
  • 23 Aprel 2015 22:34
  • 421 Baxış
Avropa çarəni tapdı: Miqrant daşıyan gəmilər məhv ediləcək

Son vaxtlar Avropaya miqrant axınının güclənməsi və Afrikadan Avropaya qeyri-qanuni miqrantlar daşıyan gəmilərin batması qitənin liderlərini konkret addımlar atmağa vadar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyinin liderləri qeyri-qanuni miqrant problemini müzakirə etmək üçün bu gün Brüsseldə toplanır.

Liderlər qeyri-qanuni miqrantların Avropaya gəlməsinə maneə olmaq üçün insan qaçaqmalçılarının istifadə edəcəyi gəmiləri əvvəlcədən müəyyən edərək məhv etməyi planlaşdırır. Brüsseldə qəbul olunması gözlənilən sənəddə diqqət çəkən bir başqa məqam odur ki, Avropada 5 min miqranta mühacir statusunun verilməsi nəzərdə tutulur. Bu isə ötən il İtaliya sahillərinə çıxan 150 min miqrantın geri göndəriləcəyi anlamına gəlir.

Avropanın qarşısında dayanan bir başqa məsələ isə Liviyada sabitliyin əldə olunmasıdır. Təxmini məlumatlara görə, miqrantların 90 faizi Avropaya gəlmək üçün Liviya limanlarından istifadə edir.

BMT-nin məlumatına görə, Avropaya gəlmək istəyən miqrantları daşıyan gəmilərin batması nəticəsində Aralıq dənizində ötən il ən azı 3500, bu il isə 1600 nəfər həyatını itirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR