AKP-nin seçki qərargahına silahlı hücum: 1 ölü - VİDEO/FOTO
Bizi izləyin

Dünya

AKP-nin seçki qərargahına silahlı hücum: 1 ölü - VİDEO/FOTO

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Batman vilayətindəki seçki qərargahına silahlı hücum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hücum nəticəsində AKP-nin keçmiş millət vəkili Nəzir Nasıroğlunun oğlu Abit Nasıroğlu ölüb, silahlının özü ilə yaralanıb.

Abit Nasıroğlunun aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Hücumun hansısa borc məsələsi ilə bağlı olduğu bildirilir. Silahlı şəxs seçki qərargahından çıxarkən vurulub. Ancaq ona kimin atəş açdığı hələ məlum deyil. O, hazırda xəstəxanada nəzarət altındadır.

Hadisə yerinə çoxlu sayda polis cəlb edilib. Araşdırma qrupları hadisə yerindən dəlilləri toplayır.

Məlumata görə, yaxın günlərdə Abit Nasıroğlunun toyu olmalı idi. Onun vurulduqdan sonra hadisə yerində can verməsini əks etdirən görüntülər yayılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm