İŞİD Berluskonini "dustaq" edib
Bizi izləyin

Dünya

İŞİD Berluskonini "dustaq" edib

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni “İslam dövləti” (İŞİD) terror təşkilatının əsas hədəfi olduğunu bildirib.

Publika.az “International Business Times” nəşrinə istinadən xəbər verir ki, Berluskoni narahatlığını lideri olduğu “İrəli İtaliya” Partiyasının üzvləri ilə görüşündə dilə gətirib.

“Mənə informasiya çatıb ki, terror hücumunun hədəfi ola bilərəm. Mən təşkilat üçün əsas hədəfəm. Buna görə də toplantılar və kütləvi tədbirlərdən uzaq durmaq niyyətindəyəm”, - 76 yaşlı siyasətçi qeyd edib.

Siyasətçi təhdid məktubları alıb-almadığını, yaxud da ona qarşı hazırlanan terror aktları barədə xüsusi xidmət orqanlarının məlumatlı olub-olmadığını dəqiqləşdirməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm