• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyəyə daha bir XƏYANƏT

  • Dünya
  • 24 Aprel 2015 02:32
  • 1 624 Baxış
Türkiyəyə daha bir XƏYANƏT

Türkiyədə qondarma erməni soyqırımını dəstəkləyən kitab nəşr olunub.

Axar.az xəbər verir ki, erməni əsilli jurnalist Hrant Dinkin xatirəsinə həsr olunmuş “İçimizdəki erməni (1915-2015)” adlı kitabda Ədalət Ağaoğlu, Muradxan Mungan, Firidun Andaç kimi məşhur türk yazarlar yer alıb.

35 yazarın təmsil olunduğu kitabın əsas şüarı belədir: “Yüz minlərlə erməni soydaşımızın ölümünə, sağ qalanların da ana torpaqlarından köçürülməsinə səbəb olan 1915-ci il hadisələrindən 100 il keçdi. Böyük fəlakətin adı və qurbanların sayı ilə bağlı müzakirələr aparmaq eyni torpağı paylaşan xalqlar arasına sancılmış zəhərli xəncərdir. Artıq bu xəncəri çıxarmağın vaxtı çatıb”.

Xatırladaq ki, erməni əsilli türk jurnalist Hrant Dink 2007-ci ilin 19 yanvarında öldürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR