İsrail əsgərinin cəsədini istəyir
Bizi izləyin

Dünya

İsrail əsgərinin cəsədini istəyir

“İsrail Qəzzada öldürülən Aron Şaul adlı əsgərinin cəsədini almaq üçün hər şeyi edəcək”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri Baş qərargahının rəisi Qabi Aşkenazi İsrail radiosuna müsahibəsində bildirib.

HƏMAS təşkilatının hərbi qanadı olan "İzəddin əl-Kasam" briqadası İsrailin Qəzzaya hücumları zamanı İsrail ordusunun tank batalyonunun 13 əsgərini öldürdüyünü, Aron Şaulun isə əsir alındığını açıqlayıb. İsrail isə yəhudi əsgərinin öldüyünü iddia edir.

Xatırladaq ki, 7 iyul 2014-cü ildə başlayan və 51 gün davam edən hücumlarda 2 mindən çox adam ölüb, 11 mindən çoxu isə yaralanıb. Hücumlarda 17200 ev, 73 məscid və 24 məktəb tamamilə dağıdılıb, minlərlə bina zərər görüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm