Arvad ərini 2 il əsir saxladı - FOTOLAR
Bizi izləyin

Dünya

Arvad ərini 2 il əsir saxladı - FOTOLAR

Perunun Xuauyan kəndində yaşayan 86 yaşlı kişi arvadı tərəfindən taxta komada 2 il əsir saxlanılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, arvad ərinin qaçacağından qorxaraq onu 2 il müddətində bağlı saxlayıb. “Əsir” qaldığı müddətdə kişi çox arıqlayıb.

Polislər 86 yaşlı Pablo Tamariz Korakillonun başına gələnləri qonşularından öyrəniblər. Məlumata görə, perulu kişinin arvadı tərəfindən dəfələrlə evdə qandallanaraq saxlanmasından qonşuların əvvəldən xəbəri varmış.

Qonşulardan biri deyib: “O, bunu Pablonun xeyrinə edib ki, qaçmasın. Amma bir insanın uzun müddət qandallı qalması ağlasığmazdır”.

“Əsir” azad olunub və artıq klinikadadır.

Polis işçisi deyib: “Kənd sakinlərindən birinin iradəsinə qarşı saxlandığını öyrəndikdə dərhal oraya yollandıq. Kişi çox arıqlamışdı və hüquq-mühafizə işçilərini gördükdə çox təəccübləndi”.

Azad olmuş kişi bir daha arvadı ilə yaşamayacaq. Onun üçün sosial sığınacaq axtarılır. Arvadının harada olması və ona nə cəza veriləcəyi haqda heç bir məlumat verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm