Dənizdə batan miqrantların dəfn mərasimi keçirilib
Bizi izləyin

Dünya

Dənizdə batan miqrantların dəfn mərasimi keçirilib

Maltada Aralıq dənizində qayığın qəzaya uğraması nəticəsində batan 24 miqrantın dəfn mərasimi keçirilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, Aralıq dənizində miqrantlarla dolu qayığın aşması 800-dən çox adamın bataraq həlak oması ilə nəticələnmişdi.

Onlardan yalnız 28 nəfəri xilas etmək mümükün olmuşdu. Daha 24 nəfərin isə sudan cəsədi qaldırılmışdı.

İtaliya polisi miqrantların daşıdığı qayığın səhv nəticəsində xilasedici gəmi ilə toqquşması nəticəsində batdığını bildirib.

Bu il belə insidentlərdə ölənlərin sayı bu ilin əvvəlindən 1,750 nəfərə çatıb.

Avropa İttifaqının liderləri Aralıq dənizilə həyatlarını risk altına qoyaraq Avropaya çatmağa can atan miqrantların sayının azaldılması yollarını müzakirə etmək üçün fövqəladə sammit keçirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm