Dünya
Türkiyə ordusu arxivlərini açdı - SƏNƏDLƏR
Türk Silahlı Qüvvələrinin arxivləri 1915-ci il hadisələri ilə bağlı qaranlıq məqamları ortaya çıxarır.
Publika.az “Anadolu” informasiya agentliyinə istinadən xəbər verir ki, sözügedən sənədlərdə ermənilərin köçürülməsini tələb edən səbəblər aydın şəkildə göstərilib.
Bu sənədlərdən biri hökumətin 31 may 1915-ci il tarixli qərarıdır. Sənəddə hərbi bölgələrə yaxın ərazilərdə yaşayan ermənilərdən bir qisminin Osmanlı sərhədlərini düşmən dövlətlərdən qorumağa çalışan ordunun hərəkətini, ərzaq və silah təchizatını çətinləşdirdiyi qeyd edilib. Ermənilərin həmçinin düşmənlə əməkdaşlıq etdiyi, düşmən tərəfinə keçdiyi, ölkə daxilində ordu birləşmələrinə və günahsız xalqa silahlı hücumlar təşkil etdiyi sözügedən qərarda göstərilib. Qərarda üsyançı ünsürlərin hərbi əməliyyatlar aparılan bölgədən uzaqlaşdırılmasının vacib olduğu qeyd edilib. Bildirilir ki, adları yazılı olaraq bildirilən kənd və qəsəbələrdə yaşayan ermənilər köçürüləcək yerlərdə ərazi və əmlakla təmin ediləcəklər.
Ermənilərn köçürülməsi ilə bağlı digər bir sənəd 10 iyun 1915-ci il tarixinə aiddir. Köçürülən ermənilərin yol boyunca təhlükəsizliyinin təmin olunması ilə bağlı məsuliyyət yerli səlahiyyətlilərin üzərinə qoyulur. Ermənilərin köçürülən ərazilərdə tam məskunlaşmasına qədər qidalanması və evlərinin inşası üçün lazımı xərclərin ödəniləcəyi qərarda əksini tapıb.
Bir başqa sənəddə köçürülən ermənilərə qarşı pis davrananların cəzalandırılacağı bildirilib. 8 noyabr 1915-ci il tarixli qərar Hərbiyə Nazirliyi adından bütün ordu birləşmələrinə göndərilib.
1915-ci il hadisələri ilə bağlı sənədlərin toplandığı Hərbi Tarix və Strateji Dərs (ATASA) dairə başqanlığının arxivindəki sənədlərdə erməni şəbəkələrinin törətdiyi qırğınlar da bütün detalları ilə əksini tapıb.
Vanda yerli hakimiyyət orqanlarında çalışan rəhbər şəxslərdən biri olan Kamal adlı şəxs erməni şəbəkələri tərəfindən bəzi kəndlərdə qırğınların törətdiyini yazıb. Sənəd qırğınların miqyasını da ortaya qoyub. O, Vanda kişilərinin bir hissəsinin güllələndiyini, qalanların isə süngü ilə öldürüldüyünü qeyd edib. Qadınların isə təcavüz edildikdən sonra öldürüldüyü bildirilib.
Ömər Dağlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?