Nəsli tükənməkdə olan timsahı yedilər - QALMAQAL
Bizi izləyin

Dünya

Nəsli tükənməkdə olan timsahı yedilər - QALMAQAL

İngiltərənin “Channel 4” kanalında yayımlanan “Ada” adlı proqramın iştirakçıları kimsəsiz bir adada həyatda qalmaq üçün bir timsahı bişirib yeyiblər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, timsahın nəsli tükənməkdə olan bir növ olmasının üzə çıxması qalmaqala səbəb olub.

Kanal səlahiyyətliləri ovlanması qəti şəkildə qadağan olan timsahın yeyilməsindən peşman olduqlarını, ancaq Amerika timsahının yaşadığına dair əvvəlcədən bir məlumatın olmadığını açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm