Dünya
Davudoğlu Olland və Putinə cavab verdi
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti
Vladimir Putinin 1915-ci il hadisələrinə “soyqırımı” deməsinə cavab
verdi. Davudoğlu bildirib ki, Olland və Putinin qondarma
“soyqırımı” tədbirində iştirakı Minsk qrupunun tərəfsizliyinə kölgə
düşürür.
“Xarici işlər nazirimizlə görüşdüm. Lazımi bütün diplomatik
addımlar atılacaq. Rusiya ilə Fransanın Ermənistanda olması isə
Minsk qrupunun tərəfsizliyinə kölgə düşürür. Siyasi görüşümüz nə
olursa olsun, bundan sonra hər bayramda görüşəcəyik. Biz hamımız
eyni gəmidəyik. Öz kədərimizi sahibləndiyimiz kimi bütün xalqların
acılarını da paylaşacağıq”.
Türkiyə baş naziri Almaniya parlamentinin 1915-ci il hadisələri
barədə qərarına kəskin etirazını bildirib:
“Merkellə telefonda danışdım. Müharibə vaxtı Osmanlı ilə Almaniya
eyni tərəfdə olub. Bütün arxivlərimizi açmağa hazır olduğumuzu
dedim. Almaniya parlamentinin hərəkətini qəbul etmək mümkün deyil.
İqtisadi sanksiyalar da ola bilər. Bu istiqamətdə işə başladıq.
Neçə ölkə rəhbəri Türkiyədə, neçəsi Ermənistanda? Onların sammiti
nifrət, hiddət zirvəsi, bizimki sülh sammiti. Bizim əleyhimizdə
olan yanaşma etimada kölgə düşürər. Türklər ləyaqətlərinə düşkün
olmaqları ilə tanınırlar”.
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...