Dağıstanda anti-terror əməliyyatı: 1 ölü
Bizi izləyin

Dünya

Dağıstanda anti-terror əməliyyatı: 1 ölü

Dağıstan Muxtar Respublikasının Qarabudaqkənd rayonunun Yeni Paraul kəndində döyüşçülər qrupu xüsusi xidmət orqanları tərəfindən mühasirəyə alınıb.

Publika.az xəbər verir ki, bu barədə respublikanın güc strukturlarındakı mənbəyə istinadən “İnterfaks” informasiya agentliyi bildirib.

Güc strukturlarının əməkdaşları döyüşçülərin olduğu evlərdən birinin mühasirəyə alıblar. Döyüşçülər təslim olmaq barədə tələbə cavab olaraq atəş açıblar. Döyüşçülərdən birinin öldürüldüyü deyilir. Məlumata görə, Qarabudaqkənd rayonunda anti-terror əməliyyatı rejimi davam edir.

Xatırladaq ki, aprelin 20-də Dağıstanda keçirilən xüsusi əməliyyatın gedişatında “Qafqaz Əmirliyi”nin başçısı, Doku Umarovun varisi Əliaşxab Kebekov öldürülüb. Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşları Kebekovdan başqa beş döyüşçünü öldürüblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm