Dünyanın gözü Çanaqqalada: 90 ölkənin nümayəndəsi Türk zəfərində!
Bizi izləyin

Dünya

Dünyanın gözü Çanaqqalada: 90 ölkənin nümayəndəsi Türk zəfərində!

Çanaqqala Zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək mərasimlər bu gün 90-a yaxın ölkədən olan dövlət və hökumət başçılarının iştirakı ilə başlanır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, dostluq və sülhün damğasını vuracağı bu əhəmiyyətli gündə yüksək səviyyəli qonaqlar Çanaqqala boğazında qəbul olunacaq.

Çanaqqala Zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək mərasimlərə 17 dövlət başçısı, 3 parlament sədri, 3 dövlət başçısının köməkçisi, 5 baş nazir, 1 sabiq dövlət başçısı, 28 nazir, 6 beynəlxalq təşkilatın rəhbəri daxil olmaqla 90-a yaxın ölkədən yüksək səviyyəli qonaqlar iştirak edəcək. Mərasimlər Yəhya Çavuş Şəhidlər Məscidində qılınacaq cümə namazı ilə başlanacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və müsəlman liderlər birlikdə cümə namazı qılacaq. Cümə namazından sonra Ərdoğan və İngiltərə şahzadəsi Çarlz Çanaqqaladakı Mehmetcik abidəsinin önünə çələng qoyacaq.

Qeyd edək ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə dayanacaq.

Mərasimləri izləmək üçün Türkiyə də daxil olmaqla 35 ölkədən 1400 jurnalist qeydiyyatdan keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm