Putindən İrəvana şok: Rusiya prezidenti Ermənistanda “soyqırım” demədi
Bizi izləyin

Dünya

Putindən İrəvana şok: Rusiya prezidenti Ermənistanda “soyqırım” demədi

1915-ci il hadisələrinin 100-cü ildönümündə iştirak etmək üçün İrəvana gedən Rusiya prezidenti Vladimir Putin buradakı çıxışında “soyqırım” ifadəsindən istifadə etməyib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin kütləvi qırğınların bir səbəbi olmadığını və ola bilməyəcəyini deyib.

“Beynəlxalq cəmiyyət keçmişdə baş verən faciəvi hadisələrin bir daha təkrarlanmaması, bütün xalqların sülh və barışıq içində yaşaması üçün hər cür səy göstərməlidir. Rusiyanın insanlıq tarixinin ən qorxulu faciələrindən birini yaşayan Ermənistan xalqının ağrısını paylaşır. 1915-ci il hadisələri bütün dünyanı sarsıtdı. Rusiya yaşananları öz ağrısı olaraq gördü. Milyonlarla erməni vətəndaşı Rusiyaya sığınaraq həyatda qalmağı bacardı” – Rusiya lideri bildirib.

Xatırladaq ki, Putin dünən Moskvada təşkil edilən "Soyqırımları olmadığı bir dünya" adlı proqrama göndərdiyi mesajında “soyqırım” ifadəsindən istifadə edib. “24 aprel 1915-ci il insanlıq tarixinin ən qorxunc, dramatik hadisələrindən və erməni xalqının soyqırımı ilə əlaqədar kədərli bir tarixdir", - Putinin mesajında deyilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm