Əsədi qorxudan ordu: rejim əsas qalasını itirir
Bizi izləyin

Dünya

Əsədi qorxudan ordu: rejim əsas qalasını itirir

Suriya müxalifətini birləşdirən Fəth Ordusunun prezident Bəşər Əsədin qalası hesab edilən Lazikiye ətrafında irəliləyişi davam edir.

Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, Hələb və İdlibdə böyük müvəffəqiyyət qazanan Fəth Ordusu Dəməşq və Dera ətrafında da Əsədin güclərinə ağır itkilər verib.

Dünən Lazikiye çölündə irəliləməyə başlayan müxalifət gücləri rejim güclərinin əlində olan Karmid yaşayış məntəqəsini tamamilə ələ keçirib. Məlumata görə, Lazikiye şəhərinin 60 kilometrliyində yerləşən İdlib vilayətinin Cesr əş-Şuğur mahalı və ətrafında rejim gücləri ilə Fəth Ordusu arasında şiddətli döyüşlər gedir. Cesr əş-Şuğurun strateji əhəmiyyətə sahib olduğu bildirilir. Müxalifət buranı ələ keçirəcəyi halda bölgənin əsas nəqliyyat yollarına da nəzarət etmiş olacaq.

Fəth Ordusu bölgədə başladığı əməliyyata “Zəfər əməliyyatı” adını verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm