Ərdoğanın ermənilərə mesajı kilsədə oxundu
Bizi izləyin

Dünya

Ərdoğanın ermənilərə mesajı kilsədə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarx əvəzi Aram Atəşyana 1915-ci il hadisələrinin anım mərasimi ilə əlaqədar məktub göndərib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktubu İstanbuldakı Məryəm Ana erməni kilsəsində keçirilən mərasimdə baş rahib Tatul Anuşyan tərəfindən oxunub.

Ərdoğan “dəyərli erməni vətəndaşlarım” deyərək başladığı məktubunda erməni vətəndaşlar üçün xüsusi məna daşıyan bu gündə Birinci Dünya müharibəsi illərində həyatını itirən bütün Osmanlı ermənilərini hörmətlə xatırladığını, uşaqları və nəvələrinə başsağlığı verdiyini qeyd edib.

“Osmanlı imperiyası və respublikamıza etdikləri iqtisadi, ictimai, mədəni və siyasi töhfələrini daim təqdirlə xatırladığımız erməni icmasının coğrafiyamızın hər yerindəki xatirələrini gözəl duyğularla yad edirəm. İnsanlıq tarixinin ən böyük fəlakətlərindən olan Birinci Dünya müharibəsində Osmanlı imperiyası sərhədləri daxilində hər millətdən olan milyonlarla insan əbədiyyətə qovuşdu. Bu müharibədə etnik və dini kimliyi nə olursa-olsun bənzər şərtlər altında həyatlarını itirən Osmanlı vətəndaşlarının hamısını da rəhmət və hörmətlə xatırlayıram. Erməni cəmiyyətinin keçmişdə yaşadığı təəssüf doğuran hadisələri bildiyimizi və ağrınızı səmimiyyətlə paylaşdığımı bir daha ifadə edirəm. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə könül qapılarımızın sonuna qədər açıq olduğunu da bildirmək istəyirəm. Sizləri ən səmimi duyğularımla salamlayır, hamınıza sevgilərimi və hörmətlərimi bildirirəm”, - Türkiyə prezidentinin məktubunda deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm