Ukrayna millətçilərinin lideri beynəlxalq axtarışa veriləcək
Bizi izləyin

Dünya

Ukrayna millətçilərinin lideri beynəlxalq axtarışa veriləcək

Rusiya Federasiyası istintaq komitəsi Ukrayna millətçilərinin “Sağ sektor” təşkilatının lideri Dmitri Yaroşa qarşı cinayət işini qaldırıb.

Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, D.Yaroş Rusiyaya qarşı terror və ekstremist çağırışlarda ittiham olunur.

Bu barədə istintaq komitəsinin nümayəndəsi Vladmiir Markin bildirib. “İstintaq komitəsi yaxın günlərdə Dmitri Yaroşun qiyabi həbs olunması xahişi ilə müraciət edəcək. Daha sonra isə onun beynəlxalq axtarışı elan ediləcək”, - V.Markin söyləyib.

Qeyd edək ki, Viktor Yanukoviçin devrilməsində əsas rollardan birini oynayan D.Yaroş Rusiyaya münasibətdə sərt mövqeyi ilə tanınır. Bir neçə gün öncə isə internetdə D.Yaroşun Rusiyaya qarşı birgə mübarizə aparmaqla bağlı Şimali Qafqaz mücahidlərinin lideri Doku Umarova çağırış mətni yerləşdirilmişdi.

Sonradan “Sağ sektor” təşkilatı bu müraciəti rədd edərək, bunun haker hücumları nəticəsində təşkilatın saytında yerləşdirildiyini bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm