Ərdoğan: “Burada verilən sülh mesajları çox əhəmiyyətlidir”
Bizi izləyin

Dünya

Ərdoğan: “Burada verilən sülh mesajları çox əhəmiyyətlidir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çanaqqala Zəfərinin 100-cü ildönümü ilə bağlı təşkil edilən mərasimdə çıxış edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan 100 il əvvəl Çanaqqalada cəbhədə vətəni və şərəfini müdafiə edən yüz minlərlə türk əsgərinin gözlərini qırpmadan ölümün üzərinə getdiyini bildirib.

“Hamısını hörmətlə yad edirəm. Bu döyüşdən birbaşa təsirlənən ölkələrin nümayəndələri ilə bir yerdəyik. Burada verilən sülh mesajları çox əhəmiyyətlidir. Bu mesajı güclü şəkildə dünyaya çatdırmaq üçün verdiyiniz töhfəyə görə sizə təşəkkürümü bildirirəm. Bu gün bizlərlə çanaqqalalı oldunuz. Çanaqqala həm zəfər, həm hüzndür. Bütün dünyaya sülh mesajı vermək üçün Çanaqqalanın çox doğru bir yer olduğunu düşünürəm”, - Türkiyə prezidenti deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm