Üsamə bin Ladenin mühafizəçiləri tutuldu
Bizi izləyin

Dünya

Üsamə bin Ladenin mühafizəçiləri tutuldu

İtaliyada “Əl-Qaidə” terror təşkilatına qarşı əməliyyat həyata keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlarda 18 nəfər saxlanılıb.

Saxlanılan 18 nəfərdən 2-nin “Əl-Qaidə” lideri Üsamə bin Ladenin mühafizəçiləri olduğu bildirilir.

Təşkilatın Əfqanıstan və Pakistandan immiqrantları İtaliya ərazisinə gətirdiyi iddia olunur. Məlumata görə, saxlanılanların bəziləri 2009-cu ilin oktyabr ayında Pakistanın Pişəvər şəhərində terror aktının iştirakçıları olub. Həmin terror aktında 100 nəfər ölmüşdü.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm