Rusiya ukraynalı pilota ittiham irəli sürdü
Bizi izləyin

Dünya

Rusiya ukraynalı pilota ittiham irəli sürdü

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savçenkoya qarşı yekun ittiham irəli sürülüb..

Publika.az-ın məlumatına görə, o iki və ya daha artıq adamın ölümündə əli olmaqda və sərhəddi qanunsuz keçməkdə ittiham olunur. Bu barədə İstintaq Komitəsinin rəsmisi Vladimir Markin məlumat verib.

İstintaqın gəldiyi qənaətə görə Savçenko 2014-cü ildə Luqansk əyalətində Ukrayna hərbçilərinə müəyyən şəxslərin koordinatlarını verib və nəticədə rusiyalı jurnalistlər İqor Kornelyuk və Anton Voloşin həlak olublar.

Bundan sonra isə Savçenko Rusiyaya keçmək istəyərkən sərhəddə yaxalanıb.

Savçenko ittihamları rədd edir və bildirir ki, onu rusiyapərəst separartçılar oğurlayaraq Rusiyaya təhvil veriblər.

Kiyev və Qərb ölkələri onun azad olunmasını tələb edirlər. Basman məhkəməsi fevralda onun həbsini mayın 13-dək uzadıb. Savçenko dekabrda 80 günlük aclıq aksiyası keçirib. Martın 16-da isə yenidən aclıq aksiyasını bərpa edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm