• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Məşhur generalın qızından tükürpərdən sözlər

  • Dünya
  • 25 Aprel 2015 03:47
  • 855 Baxış
Məşhur generalın qızından tükürpərdən sözlər

“Ermənilər xarici qüvvələr tərəfindən alət kimi istifadə edilirlər”.

Axar.az “İxlas” agentliyinə istinadən xəbər verir ki, bu sözləri məşhur türk paşası Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkir Yıldıran atasının ermənilər barədə xatirələrini təqdim edərkən deyib.

Onun sözlərinə görə, “soyqırım” sadəcə bir oyundur və bu oyundan sabah bizi bir-birimizə qarşı qoymaq üçün istifadə edəcəklər:

“Ermənilər Osmanlı dövlətinə xəyanət etdilər. Bu, parçala, hökm sür oyunudur. Bu, sadəcə, vətəndən torpaq alıb, onu zəiflətmək üçün bir qrup insanın oyunudur, yəni erməni mövzusu zəncirin bir halqasıdır. Ermənilərin ilk baş naziri Kaçaznuni deyirdi: “Biz xəyanət etdik. Osmanlı sürgündə haqlı idi, çünki xəyanət etmişdik”. Bunu öz baş nazirləri söyləyir. Osmanlı Balkanlarda can verir, Osmanlı Sarıqamışda can verir. Osmanlı torpaq itirir və bu zaman Osmanlının sadiq hesab edib bağrına basdığı erməni təbəələri ruslarla bir olub bizi kürəyimizdən vururlar. Həmin anda Osmanlı vətənin o bölgəsində üsyan edənlər vətənin başqa bir yönünə köçürülsün deyə qərar qəbul edir. Deportasiya bu deməkdirmi? Osmanlı arxivlərini açdığınız zaman orada “hər bir şəxsə həkim, hər hamilə qadına süd verilsin, geri döndükləri zaman borcları alınmasın” ifadələrini burada görəcəksiniz. Əgər Osmanlı bir soyqırım törətməyə niyyətlənsəydi, nə südlə, nə həkimlə, nə də borcla maraqlanmazdı. Hitler yəhudilərin bu şeyləri ilə maraqlanmadı. Bax bu, soyqırım idi!”.

O, atasının erməni dəstələri ilə bağlı maraqlı xatirələrinin olduğunu bildirib:

“Atamın xatirələrində çox maraqlı, ürək ağrıdacaq məqamlar var. O deyirdi: “Ərzuruma o qədər çox yaxınlaşmışam ki, bir az geciksəydim, içəridə qurtarılacaq bir can tapa bilməyəcəkdim. Sanki məzarlıqlar ölüləri çölə tullayır. Qollar, ayaqlar məzarların çölündəydi. Ərzuruma o qədər yaxınlaşdım ki, insanların gülərək məni qarşılayırlar kimi dişlərini görəcək məsafədəydim. Bir az daha yaxınlaşdığım zaman ortada bir qeyri-təbiilik hiss etdim. Bu insanlar tərpənmirdilər. Bir az daha yaxınlaşdığım zaman dəhşət içərisində hər biri ermənilər tərəfindən canlı-canlı payaya oturdulmuş şəxslər gördüm. Çöhrələri iztirabdan gərilərək, can vermişdilər”. Bizim vətənimizdə bizim insanlarımız bax belə can vermişdilər. Həm diaspor, həm burada marağı olan dövlətlər ancaq 4T-nin arxasınca qaçırlar. Bunlar tanıma, tanıtmaq, torpaq, təzminatdır. Amma tarixini yetəri qədər bilməyən, tarixinə yetəri qədər sahib olmayan bir qrup insanımız da bu şəxslərə alqış deyirlər”.

T.K.Yıldıran əslində 1915-ci ildə türklərin öldürüldüyünü söyləyib:

“Van faciəsi zamanı yüzlərlə, minlərlə insanımız vəhşicəsinə öldürülmüşdü. Təkcə Van yox, Ərzurum, Ərzincan və digər yerlərdə də təəssüf ki, bu acıların şahidi olduq. Əsas yox edilməyə çalışılan öz torpaqlarındakı türklər idi. Türklər ermənilərə heç vaxt pis davranmamışdı. Amma yalançı raportlarla bizə edilənlər başqa formada sənəd halına salınmışdı. Üzr istəsən, bunun arxasınca ermənilər torpaq və təzminat istəyəcəklər. Niyə üzr istəməlisən. Payaya oturdulan bir insanın övladı, nəvəsi olsan ermənidən üzr istəyərsənmi? Kazım Qarabəkir paşa ilə erməni nüməyəndə heyətinin rəhbəri arasında belə bir dialoq var. Paşa ermənidən “Niyə Osmanlıya qarşı çıxdın?” - dediyi zaman, nümayəndə heyəti rəhbərinin verdiyi cavab indi ilə səsləşir: “Aldatdılar bizi, paşam. İmperialist güclər bizə vədlər verdilər. Bütün şərqi bizə vəd etdilər. Bundan sonra Sevrdəki haqsız iddialarımızı geri çəkirəm”. Yəni ermənilər o vaxtları da necə vasitə kimi istifadə edildiklərinin fərqində idilər”.

Qeyd edək ki, Türkiyə və Osmanlı imperiyasının görkəmli generalı Kazım Qarabəkir paşa Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində mühüm xidmətlər göstərib. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu. O, erməni üsyanlarının yatırılmasında və Rusiyadan türk torpaqlarının geri qaytarılmasında mühüm rol oynamışdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR