Nazirliyin adından istifadə edib qızları aldatdı
Bizi izləyin

Dünya

Nazirliyin adından istifadə edib qızları aldatdı

Sosial şəbəkədə Türkiyə Səhiyyə Nazirliyinin adına saxta hesab açan bir fırıldaqçı “süd vəzisi xərçəngi” kampaniyasına başlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, fırıldaqçı qadınlardan kampaniya üçün sinələrinin şəkillərini göndərməyi istəyib.

“Səhiyyə Nazirliyi tərəfindən gənc qızlarda süd vəzisi xərçənginin olub-olmadığını öyrənmək üçün tapşırıq aldım. Gənc yaşda süd vəzisi xərçəngi olan qadınlara kömək etmək üçün bizə dəstək olun. Bunun üçün sinənizin bir neçə şəklini çəkib göndərin" - o yazıb.

Səhiyyə Nazirliyi isə rəsmi “Twitter” hesabından açıqlama verərək bu kimi mesajlara etibar etməməyi məsləhət görüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm