Kralın gizli məhəbbəti üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Dünya

Kralın gizli məhəbbəti üzə çıxdı - FOTOLAR

İspaniyanın keçmiş kralı Xuan Karlos hakimiyyəti dövründə 10 il müddətində alman zadəgan qadınla sevgili olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni nəşr olunmuş kitab keçmiş İspan kralı haqqında şokedici faktlar açıqlanıb.

“Final De Partida” kitabının müəllifi Anna Romeronun iddiasına əsasən, kral Xuan Karlos alman qadını Korinna zu Sayn-Vittqenştayna görə arvadı Soniyadan da boşanmağa hazırlaşıb. Annanın kral haqqında yazdığı kitab 24 saat ərzində sürətlə satılıb.

Keçmiş müxbir Romero deyib: “Biz kitabda 77 yaşlı Xuan Karlosun ikili həyat tərzi sürdüyünü görürük. Bu həyat üzün müddət davam edib və heç də hər şey yaxşı getməyib”.

Müəllifin sözlərinə görə kitab 100 anonim insanların müsahibəsi əsasında tərtib olunub. Xuan Karlosun başqa qadınla olan münasibəti 2014-cü ildə bitib. Həmin ildə Xuan Karlos taxt-tacını oğlu Filipə təhvil verib.

Xuan Karlos 1962-ci ildə Sofiya ilə ailə həyatı qurub və 1975-ci ildə kral olub. Kitab ilk nəşrində 25 min tirajla çıxıb və 1 gün ərzində tamamilə satılıb. İndi isə kitabın ikinci nəşrinə başlanılır.

Xuan Karlos və Sayn-Vittqenştayn arasındakı münasibət 2012-ci ildən bəri məlumdur. Həmin ildə kral Botsvanada fil ovu zamanı ağır yaralanıb və şəxsi təyyarəsi ilə ölkəsinə yola salınıb. Onu təyyarədə müşayiət edənlərdən biri də kraldan 25 yaş gənc olan alman qadın olub. Bu da ölkə gündəmində qalmaqala səbəb olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm