Dünya
Azərbaycanlı yazıçıya 5 il həbs
Moldovada Azərbaycan əsilli jurnalist və yazıçı Eduard
Bağırova beş il həbs cəzası verilib.
Qərar Kişinyov məhkəməsi tərəfindən verilib. Qərarın icrası
yazıçının tutulmasından sonra başlanacaq.
Yazıçı-jurnalist "Moldovada ictimai-siyasi vəziyyətin
destabilizasiyasına cəhd", "5 aprel 2009-cu il tarixində keçirilmiş
parlament seçkilərinin nəticəsinə təsir etmək məqsədi ilə
təxribatçı hərəkətlər" iddialarında ittiham olunur.
Prokurorluq iddia edir ki, yazıçı 2009-cu ilin aprelində
Moldovada ixtişaşlarda fəal iştirak edib. Nəticədə, narazı
müxalifətçilər parlament seçkilərinin nəticələrinə reaksiya olaraq
Prezident Administrasiyasının və Parlamentin binasını
dağıdıb.
Qeyd edək ki, E.Bağırov 2011-ci ilin iyununda Kişinyovda saxlanılıb və dörd ay ərzində istintaq təcridxanasında saxlanılıb. Daha sonra barəsində verilən tədbir ev həbsi ilə dəyişdirilib. Yazıçı oktyabrın 19-da Dnestryanı vasitəsilə Rusiyaya qaçıb. Onun barəsəində Kişinyov tərəfindən beynəlxalq axtarış elan edilib. (ans)
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO