Nepalda dəhşətli zəlzələ - 800-dək insan öldü - FOTOLAR
Bizi izləyin

Dünya

Nepalda dəhşətli zəlzələ - 800-dək insan öldü - FOTOLAR

Son məlumatlara görə, zəlzələdə 758 nəfərdən çox insan həlak olub. Paytaxt Katmanduda isə 180-dən çox insan həlak olub.

Hindistan Nepala içərisində tibb işçiləri və tibbi avadanlıqların olduğu yardım təyyarəsi yollayıb.

Hindistanın özündə isə 6,5 bal gücündə zəlzələ baş verib. Orada binanın çökməsi səbəbindən 15 yaşlı qız həlak olub. Hindistanın Nepalla sərhədində isə bir ailədən iki uşaq həlak olub.

***

Nepalda baş vermiş zəlzələdə ölənlərin sayı 565-ə çatıb. Ölənlərin sayı getdikcə artır.

Güclü zəlzələ (7,9 bal) qonşu Hindistana da təsir edib. Belə ki, Nepalda baş verən zəlzələ nəticəsində Hindistanda ən azı 20 nəfər insan həlak olub, onlarla dağıntı var.

Qonşu Banqladeşdə isə milyonlarla insan təşviş içərisindədir. Təbii fəlakət nəticəsində 2 sakin həlak olub, yüzlərlə insan xəsarət alıb. Yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.

Nepalda baş verən zəlzələyə səbəbindən Banqladeşin paytaxtında yerləşən binalardan biri tamamilə əyilib.

***

Məlumata görə zəlzələ nəticəsində 150-dən artıq insan həlak olub. Paytaxt Katmanduda isə çoxlu sayda dağıntılar müşahidə olunur. Britaniyanın “Daily Mail” xəbər agentliyi xəbər verir ki, dağıntılar altından 150 nəfərin cəsədi çıxarılıb.

Dağılmış bina və tikililərin arasında sağ qalanlar axtarılır. Gecəyarısı baş verən zəlzələdən qorxan insanlar küçələrə axışıb. Qeyd edək ki, güclü zəlzələ Hindistanın paytaxtı və Banqladeşdə də hiss olunub.

Zəlzələ nəticəsində Everest zirvəsində qar uçqunu baş verib. Aprel ayından dünyanın ən hündür zirvəsinə qalxan 15 rusiyalı turist isə qar uçqunu altında qalıblar. Uçqun altında qalanlar arasında Rusiyanın Alpinizm Assosiasiyasının prezidenti də var.

Xəsarət alanlar xəstəxanalarda yaranan sıxlıq səbəbindən müalicə almaq üçün növbələrə düzülüb.

***

Bu gün səhər saatlarında Nepalda 7,7 bal gücündə dəhşətli zəlzələ baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri paytaxt Katmandudan 65 kilometr şimal-qərbdə yerləşir. Zəlzələ 31 kilometr dərinlikdə baş verib. Təbii fəlakət nəticəsində bir neçə bina dağılıb. Bəzi mənbələrdə zəlzələnin gücünün 7,9 bal olduğu deyilir.

Yeraltı təkanlar nəinki Himalay ərazisində, hətta Hindistanın paytaxtı Dehli şəhərində də hiss olunub. Ölənlər və xəsarət alanlar haqda məlumat verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm