• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

İcazəsiz bacısıgilə gedən arvadını diri-diri yandırdı - FOTO

  • Dünya
  • 25 Aprel 2015 16:00
  • 1 033 Baxış
İcazəsiz bacısıgilə gedən arvadını diri-diri yandırdı - FOTO

Pakistanda qadın evi icazəsiz tərk etdiyi üçün “namus üstündə” diri-diri yandırılıb. Onun qardaşı bacısı üçün ədalət tələb edir, əks halda özünü yandıracağı ilə hədələyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistanın Müzəffərgər əyalətindən olan 25 yaşlı Şabana Bibi bədəni 80 faizi yandığı üçün şəhər xəstəxanasında keçinib.

Polis qadının qətlində günahkar olan əri Məhəmməd Siddiqi və qayınatası Pir Baxışı həbs edib.

Bibinin qardaşının verdiyi məlumata görə, Siddiq arvadının ondan icazəsiz bacısıgilə getdiyi üçün qəzəblənib.

Qadının qayınatası onun üzərinə benzin tökərək od vurub.

Bibi 3 il idi ki, Siddiqə ərə gəlmişdi. Bu illər ərzində cütlüyün uşaqları olmadığı üçün qadın dəfələrlə ailə zorakılığına məruz qalıb.

Şabana Bibinin qardaşı Məhəmməd Azam bacısına ədalət tələb edir, lakin polis onu bu yolda dəstəkləməyib.

O deyib: “İşə ədalətli baxılmasa, polis bölməsinin qarşısında özümü yandıracam”.

Polis qadının ərini və qayınatasını “qətl və terrorizm” ittihamı ilə həbs edib. Bununla belə, tədqiqat aparan dövlət qulluqçusunun sözlərinə əsasən, Bibiyə sui-qəsd edilib. Onun sözlərinə görə, Baxışın günahkar olmasını sübut etmək üçün əyalətdən 3 nəfər “Quran”a and içməlidir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR