Krımın gələcəyi necə olacaq? - Tatarlar həll variantı təklif edir
Bizi izləyin

Dünya

Krımın gələcəyi necə olacaq? - Tatarlar həll variantı təklif edir

Krım Tatar Məclisinin sədri Refat Çubarov yarımadada yaranan böhranı müzakirə etmək üçün Ukrayna və və Krım parlamentlərinin deputatlarından ibarət xüsusi komissiyanın yaradılmasını təklif edib.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “RBC-Ukrayna” saytı yazıb.

“Göründüyü kimi, Krımda yaranmış vəziyyətin nizama salınması beynəlxalq əhəmiyyət kəsb edib. Ancaq bağışlanmaz səhv olardı ki, həll yollarının axtarılması üçün Ukraynanın özünün daxilində dərhal mexanizmlər yaradılmasın. Ukraynanın və Krım parlamentləri dərhal xüsusi deputat komissiyasını formalaşdırmalıdır. Vəziyyətin kəskinləşməməsi üçün birgə işləməyə məcburuq”, - Çubarov bildirib.

Krım Tatar Məclisinin sədri birgə müzakirələrin başlanğıcında heç bir ultimatumun verilməməli olduğunu dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm