Pakistanda hüquq müdafiəçisi güllələndi
Bizi izləyin

Dünya

Pakistanda hüquq müdafiəçisi güllələndi

Pakistanda naməlum şəxslər qadın hüquq müdafiəçisinə silahlı basqın ediblər.

Publika.az-ın məlumatına görə, hadisə Karaçi şəhərində baş verib. Hüquq müdafiəçisi Sabeen Mehmood maşınla evinə gedərkən naməlum şəxslər qadını atəşə tutub. Həkimlər onun bədənindən 5 güllə çıxarıblar. Hadisə zamanı Sabeen Mehmoodun yanında olan anası da yaralanıb.

Yerli polis bildirir ki, hüquq müdafiəçisinə atəş açan iki şəxs motosikletdə olub.

Hələ ki, heç bir qrup hücumla bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Sabeen Mehmood «The Second Floor –T2F» kafe-kitab mağazasının direktorudu. Mağazada insan hüquqları ilə bağlı mütəmadi müzakirələr aparılır. Aprelin 24-də Sabeen Mehmood Bəlucistanda insan hüquqlarının pozulması ilə bağlı debatlar təşkil edibmiş.

T2F aprelin əvvəlində Lahor Universitetində də müzakirə keçirmək istəyib, amma sonradan universitet rəhbərliyi bu tədbiri ləğv edib.

Karaçi Bəlucistanın yaxınlığında yerləşir. Hüquq müdafiə təşkilatları tez-tez yerli təhlükəsizlik qüvvələrini insan haqlarını pozmaqda ittiham edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm