Tibb bacısını şoka salan VİDEO
Bizi izləyin

Dünya

Tibb bacısını şoka salan VİDEO

ABŞ-da çəkilən bir video izlənmə rekordları qırıb.

11 gün öncə səbəbsiz bir şəkildə ayaqları tutulan Baili adlı gənc qız xəstəxanaya yerləşdirilib.

Müalicə alarkən tibb bacısı ona xüsusi qayğı göstərib. Daha sonra evə buraxılan Baili günlərin bir günü möcüzəvi bir şəkildə yeriməyə başlayıb.

Xəstəxana heyətinə təşəkkür etmək üçün geri qayıdan gənc qız ona xüsusi diqqət yetirən tibb bacısına sürpriz edib. Əlil arabası ilə tibb bacısının qarşısına çıxan Baili bir anda ayağa durub. Bunu görən tibb bacısı çox təəccüblənib və gözlərinə inana bilməyib. Qızı bərk-bərk qucaqlayan tibb bacısı Allaha şükür edib.

Tibb bacısının reaksiyası sosial şəbəkə də böyük marağa səbəb olub. Sözügedən görüntü internetdə ən çox baxılanlar arasına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm