Dünya
Volqoqradda kütləvi dava: 10 yaralı - VİDEO
Rusiyanın Volqoqrad vilayətinin Voljski şəhərindəki
“Kaspiy” kafesində kütləvi dava düşüb.
Publika.az-ın məlumatına görə, təxminən 20 nəfərin iştirak etdiyi
davada əl qumbarasının partlaması nəticəsində 10 nəfər müxtəlif
dərəcəli xəsarət alıb. Partlayışı törədən 41 yaşlı naməlum kişi
barəsində şübhəli şəxs qismində axtarış elan olunub.
Hadisə yaxınlıqdakı təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. Videodan da görünür ki, kafenin qarşısında baş verən davada odlu silahdan da istifadə olunur. Qəfildən isə partlayış baş verir. Bir neçə nəfər yerə yıxılır. Dava edən şəxslərin hərəsi bir tərəfə qaçır. Bir neçə dəqiqə sonra isə onlar yenidən qayıdaraq yaralı vəziyyətdə yerə yıxılan bir nəfəri döyməyə başlayırlar.
İnsidentdən sonra 10 nəfər xəstəxanaya müraciət edib. Onlardan
beşi ilkin tibbi yardımdan sonra evə buraxılıb. Digərləri isə
xəstəxanaya yerləşdirilib.
Onlardan biri, boynundan qəlpə zədələri ilə ağır yaralanan Yevgeniy
Pankov artıq əməliyyat olunub. Hazırda o reanimasiya şöbəsindədir.
Eləcə də 33 yaşlı Maksim Paramokşin və 22 yaşlı Anton Artyomov baş
və boyun nahiyəsində çoxlu qəlpə yaraları diaqnozu ilə xəstəxanaya
yerləşdirilib. 30 yaşlı İvan Prokofyevdə də beyin silkələnməsi və
kürək yarası qeydə alınaraq xəstəxanada saxlanılıb. Xəstəxanada
qalan yaralılardam biri isə erməni əsilli Karen Ovsayandır
Davanın baş vermə səbəbi müəyyənləşdirilir. Hadisə ilə əlaqədar Rusiya cinayət məcəlləsinin 222-ci: “Qanunsuz silah və sursatın, əldə olunması, ötürülməsi, satma, saxlama və daşınması” və 213-cü bəndin 2-ci hissəsi “mütəşəkkil qrup tərəfindən əvvəlcədən danışılmış xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov