Baş nazirin həyətinə torpaq tökmək istəyən şəxs həbs edilib
Bizi izləyin

Dünya

Baş nazirin həyətinə torpaq tökmək istəyən şəxs həbs edilib

Yaponiyada hökumətin nüvə siyasətinə etiraz olaraq radioaktiv torpağı baş nazirin yaşadığı evin damına tökmək üçün pilotsuz cihaz uçuran 40 yaşlı Yasuo Yamamoto həbs edilib.

Publika.az-ın məlumatına görə, dronun daşıdığı torpaqda radiasiya aktivliyi müşahidə edilib. Polis bu maddənin sezium olduğunu bildirir. Bu maddənin radioaktivliyi insan orqanizminə zərər vurmayacaq dərəcədə zəifdir.

Yaponiya 2011-ci ildə Fukuşima stansiyasında baş vermiş qəzadan sonra bütün 48 atom elektrik stansiyalarını dayandırıb.

Baş nazir Şinzo Abe nüvə energetikasının yenidən işə salınması təşəbbüsü ilə çıxış edib. Onun sözlərinə görə stansiyaların işləməməsi ölkə iqtisadiyyatına ağır zərbə olub.

Hələlik heç bir reaktor işə salınmayıb, lakin ötən həftə məhkəmə Kaqoşimadakı nüvə stansiyasının yenidən işə salınmasına qarşı sakinlərin iddfiasını rədd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm