Qazaxıstan prezidentini seçir
Bizi izləyin

Dünya

Qazaxıstan prezidentini seçir

Qazaxıstan da növbədənkənar prezident seçkiləri keçirilir.

Publika.az xəbər verir ki, Qazaxıstanın bütün bölgələrində seçki məntəqələri yerli vaxtla 07:00-da növbədən kənar prezident seçkiləri üçün açılıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata əsasən seçkiləri 300 nəfərdən çox xarici və yerli KİV nümayəndələri izləyir. Xarici və yerli müşahidəçilər də prosesi müşahidə edəcəklər. Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də beynəlxalq müşahidəçilər qismində seçkiləri izləyəcək.

Prezidentliyə üç namizəd qeydə alınıb: "Nur Otan" partiyasından Nursultan Nazarbayev, Qazaxıstan Milli Кommunist Partiyasından Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Abelqazı Kusainov.

Xatırladaq ki, ölkə prezidentliyinə 27 namizəd irəli sürülmüşdü. Onların arasında iki qadın vardı. Namizədlərin orta yaş həddi 54,2 təşkil edib. Bir neçə şəxs könüllü olaraq namizədliyini geri götürüb, bəziləri isə dövlət dili imtahanından keçə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm