Rusiyalı hakerlər Obamanın məktublarını ələ keçiriblər
Bizi izləyin

Dünya

Rusiyalı hakerlər Obamanın məktublarını ələ keçiriblər

Ağ Evin kompüter sisteminə hücum etmiş rusiyalı hakerlər Barak Obamanın elektron poçtunun məxviləşdirilməmiş hissəsini yararaq elektron məktublarını ələ keçirə biliblər.

Publika.az-ın məlumatına görə, bu barədə New York Times qəzeti məlumat yayıb. Amma Ağ Ev rəsmiləri ələ keçən elektron məktubların heç birinin məxvi informasiya daşımadığı bildiblər. Ehtimal olunur ki, hakerlər poçtdan Obamanın iş cədvəli, onun diplomatlarla yazışması, təyinatlar, qanun layihələri və siyasət mövzusunda müzakirələrini əldə edə biliblər.

Qəzetin yazdığına görə, ABŞ administrasiyasının yüksək rütbəli məmurlarının kabinetində adətən iki kompüter olur - biri məxvi yazışma üçün, ikincisi isə gündəlik adi qeyri-məxvi yazışmalar üçün.

Nəşr qeyd edir ki, hətta məxvi sayılmayan yazışmada hakerlər üçün olduqca mühüm informasiya ola bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm