Keçmiş sovet vətəndaşı Britaniyanın ən varlı adamı oldu
Bizi izləyin

Dünya

Keçmiş sovet vətəndaşı Britaniyanın ən varlı adamı oldu

1978-ci ildə SSRİ-dən mühacirət etmiş Warner Music şirkətinin rəhbəri Len Blavatnik Britaniyanın ən varlı adamı olub.

Publika.az-ın məlumatına görə, Sunday Times qəzeti onun varidatını 13,17 milyard funt (20 milyard dollar) məbləğində dəyərləndirib. Len Blavatnik qəzetin hər il tərtib etdiyi milyarderlər siyahısına bu il başçılıq edir.

Blavatnik 13 milyard funtluq varidaları olan Şri və Gopi Hinduja qardaşlarından qabağa çıxa bilib.

2 il əvvəl bu siyahiya daha bir keçmiş sovet vətəndaşı Əlişir Osmanov başçılıq edirdi. Sunday Times onun varidatını 9,8 milyard funt məbləğində qiymətləndirib.

Qəzetin qeyd etdiyinə görə, Britaniyanın ən zəngin 1000 nəfərinin varidatı son 10 il ərzində 2 dəfədən çox artaraq ümumilikdə 830 milyard dollara çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm