• USD 1,8559 +1,34% EUR 1,9957 +1,49%
    • GBP 2,3210 +2,08% RUB 0,0312 +1,60%

Putin: "Qərb Rusiyanı dilənən ölkə kimi görmək istəyir"

  • Dünya
  • 27 Aprel 2015 08:42
  • 498 Baxış
Putin: "Qərb Rusiyanı dilənən ölkə kimi görmək istəyir"

Putin Qərb ölkələrini Rusiyanın inkişafının qarşısnı almağa səy göstərməkdə ittiham edib.

"Rossiya-1" telekanalında nümayiş etdirilmiş televiziya filmində Vladiimir Putin bildirib ki, Rusiyanın Ukraynaya münasibətdə yürütdüyü siyasət beynəlxalq hüququ və "oyun qaydalarını" pozmur.

Onun fikrincə, Moskvaya qarşı beynəlxalq sanksiyalar Rusiaynın irəliləyişinin qarşısını kəsmək məqsədi güdür.

Vladimir Putin hesab edir ki, Rusiya öz maraqlarını müdafiə etməyə cəhd göstərəndə Qərb ölkələri bunu geosiyasi rəqabət niyyəti kimi qəbul edirlər.

Putinin sözlərinə görə Qərb Rusiyaya qarşı bu cür siyasəti hələ çar dövrlərindən yürütməkdədir: "Onlar istəyir ki, Rusiya onların qarşısında həmişə yardım dilənən bir ölkə kimi olsun".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR