• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bir TIR siqaret məhv edildi - VİDEO/FOTO

  • Dünya
  • 27 Aprel 2015 06:49
  • 460 Baxış
Bir TIR siqaret məhv edildi - VİDEO/FOTO

İran əsilli sürücünün istifadə etdiyi TIR-da ələ keçirilən və bazar dəyəri 3 milyon 400 min TL (Türk lirəsi) olan 570 min paket qaçaq siqaret məhv edilib.

Musavat.com xəbər verir ki, hadisə Türkiyənin Ərzincan bölgəsində

baş verib. Əldə edilən məlumata görə, Ərzincan polis əməkdaşları, Ərzurum - Ərzincan quru yolu üzərində şübhələndikləri üçün saxladıqları İran əsilli 45 yaşlı M.G adlı şəxsin idarə etdiyi TIR-da 570 min paket qaçaq siqaret ələ keçiriblər.

Dəyəri 3 milyon 400 min TL

Ələ keçirilən siqaretlərin təxminən bazar dəyərinin 3 milyon 400 min TL olduğu, vergi itkisinin isə 2 milyon 800 min TL olduğu ifadə edildi.

Bütün siqaretlər yandırıldı

Ələ keçirilən qaçaq siqaretlər Gömrük İdarəsinə göndərilmək üzrə kafi sayda nümunə alındıqdan sonra yandırılaraq məhv edilib. Tutulan M.G. və Z.R. adlı şəxslər haqqında isə qaçaqmalçılıq etdikləri üçün qanuni əməliyyatlar başladılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR