Fətullah Gülən Türkiyəyə gətirilir – İDDİA
Bizi izləyin

Dünya

Fətullah Gülən Türkiyəyə gətirilir – İDDİA

Türkiyənin Ədalət Nazirliyi hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Gülən camaatının lideri Fətullah Gülənə qarşı 2 maddə üzrə məhkəmə qarşısında gəlib ifadə vermək tələbini irəli sürüb.

Publika.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Akşam” qəzetinin Ankara təmsilçisi Emin Pazarcı qələmə aldığı “köşə yazısı”nda bildirib.

Türkiyəli yazar qeyd edib ki, Türkiyə qanunlarının tələbinə əsasən Fətullah Gülən ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə qarşısında ifadə verməlidir.

Jurnalist iddia edib ki, Türkiyənin Ədalət Nazirliyi yaxın zamanlarda Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a müraciət etməyə hazırlaşır: “Bu gün Fətullah Gülən iddia edir ki, ona qarşı irəli sürülən ittihamlar yalan və iftiradır. Deməliyəm ki, bu doğrudan da belədir. Ancaq Fətullah Gülən ona qarşı söylənilənlərin iftira olduğunu məhkəmə önündə sübut etməlidir, ifadə verməlidir. Əks halda, onun söylədikləri heç biri qanun tərəfindən doğrulana bilməz”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm