Nazarbayev yenə qalib gəldi
Bizi izləyin

Dünya

Nazarbayev yenə qalib gəldi

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində hazırkı dövlət başçısı Nursultan Nazarbayev qalib gəlib.

Publika.az “İnterfaks” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatında deyilir.

Səsvermə hüququndan istifadə etmiş seçicilərin 97,7 faizi Nazarbayevə səs verib. Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov müvafiq olaraq 1,6 və 0,7 faiz səs toplayıb.

Seçici fəallığı 95,22 faiz təşkil edib. Səsvermənin son nəticələri qanunvericiliyə əsasən, 3 may tarixindən gec olmayaraq elan edilməlidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm