Nepalda zəlzələdə ölənlərin sayı 4 minə yaxınlaşır
Bizi izləyin

Dünya

Nepalda zəlzələdə ölənlərin sayı 4 minə yaxınlaşır

Nepalda aprelin 25-də baş verən zəlzələ nəticəsində ölənlərin sayı sürətlə artır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölənlərin sayı 3500-ü keçib.

Hakimiyyət qurbanların sayının artacağından ehtiyat edir. Hazırda xilasedicilər ölkənin qərbində - Katmandu vadisində, həmçinin zəlzələnin episentrindən 100 kilometr uzadlıqda axtarış işlərini davam etdirir. Axtarış-xilasetmə əməliyyatına Hindistan, Çin, Pakistan və Polşadan olan mütəxəssislər qoşulub.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm