Dağıstanda İŞİD-ə sədaqət andı içən qrupun lideri tutuldu
Bizi izləyin

Dünya

Dağıstanda İŞİD-ə sədaqət andı içən qrupun lideri tutuldu

Dağıstan Muxtar Respublikasında “İslam dövləti” (İŞİD) terror təşkilatına sədaqət andı içmiş “Auxov” cinayətkar qrupun rəhbəri ələ keçirilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Milli Anti-terror Komitəsindən bildirilib.

Məlumata görə, qrup rəhbəri əməliyyat zamanı müqavimət göstərib.

“Cənayətkar əməliyyat zamanı saxlanılıb. O, beynəlxalq terror təşkilatı İŞİD-ə sədaqət andı içən “Auxov” cinayətkar qrupun lideri 1974-cü il təvəllüdlü Xasmaqomed Çaranovdur. O, federal axtarışda idi”, - Milli Anti-terror Komitəsinin məlumatında deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm