Britaniyada həyəcan təbili: Rus agentlərindən ehtiyat edin
Bizi izləyin

Dünya

Britaniyada həyəcan təbili: Rus agentlərindən ehtiyat edin

Böyük Britaniyanın məxfi kəşfiyyat xidməti olan Mİ6 Rusiya agentləri ilə bağlı həyəcan təbili çalıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Express” qəzeti yazıb.

Mİ6-nın yüksək vəzifəli şəxsləri hesab edirlər ki, Mİ6 əməkdaşları və onların ailə üzvləri yeni məxfi informasiyalar tapmaq üsullar axtaran Rusiya agentlərinin şantajına qurban ola bilərlər. Nəşrin yazdığına görə, kəşfiyyat xidmətindən qeyd edirlər ki, Rusiya agentləri Britaniya xüsusi xidmət orqanının əməkdaşlarını ikiqat agentə çevirməyə çalışırlar.

“MI6-da ehtiyat edirlər ki, Rusiya agentləri bunun üçün müxtəlif hiylələrə əl ata bilərlər. Məsələn, xüsusi xidmət orqanlarının əməkdaşları və onların qohumlarına təzyiq, rüşvət təklif etmə və casus qadınlar vasitəsilə başdan çıxarılması”, - “The Daily Express” qeyd edib.

Hesab edilir ki, problem Böyük Britaniyanın təhlükəsizliyi üçün real təhlükədir. Britaniya xüsusi xidmət orqanından bildirirlər ki, hazırda Böyük Britaniya ərazisində “soyuq müharibə” dövründə olduğundan daha çox Rusiya agenti var. Bəzi qiymətləndirmələrə görə, hazırda Birləşmiş Krallıqda Rusiya xarici kəşfiyyat xidmətinə işləyən təxminən 80 agent yaşayır.

“Rusiya tərəfindən təhlükə demək olar ki, hər gün artır. Rusiyanın reaktiv təyyarələri, sualtı qayıqlar və gəmilər bizim sərhədlərimizin yaxınlığındadır. İndi onların agentləri bizim agentlərimizi hədəf kimi seçiblər. Biz “soyuq müharibə” dövrünə qayıtmışıq”, - nəşr Britaniya kəşfiyyatındakı mənbəyə istinadən yazıb.

Xatırladaq ki, 2014-cü ilin sonundan başlayaraq, Böyük Britaniyanın Mİ5 və Mİ6 kəşfiyyat xidmətlərinə rusdilli əməkdaşların cəlb edilməsinə başlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm