“İnqilabın ikinci dalğası Səudiyyə xanədanını çökdürəcək”
Bizi izləyin

Dünya

“İnqilabın ikinci dalğası Səudiyyə xanədanını çökdürəcək”

İran ərəb koalisiyasına liderlik edərək Yəməndə Husi qiyamçılarına qarşı hava hücunları həyata keçirən Səudiyyə Ərəbistanını növbəti dəfə təhdid edib.

Publika.az İRNA informasiya agentliyinə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı general Məhəmməd Əli Cəfəri Səudiyyə xanədanının süqutunun yaxınlaşdığını bildirib.

“İslam inqilabının ilk dalğası kommunizmin iflasına gətirib çıxardı. Sonrakı dalğalar isə Səudiyyə xanədanının süqutunu gətirəcək”, - iranlı general deyib.

Məhəmməd Əli Cəfəri Səudiyyənin utanmadan bütün islam qaydalarını tapdalayaraq müstəqillik istəyən və hegemoniyaya qarşı dayanan müsəlman bir ölkəyə hücum etdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm