Dünya
SSRİ-nin tanınmış dissidenti uşaq pornoqrafiyasında ittiham olundu
Keçmiş SSRİ-nin tanınmış dissidentlərindən biri, yazışı Vladimir Bukovski Böyük Britaniyada hakim qarşısına çıxacaq.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Prokurorluğu məlumat yayıb.
Yazıçı uşaq pornoqrafiyasının istehsalı və saxlanılmasında ittiham edilir. Mayın 5-ə məhkəməyə çağırılan Bukovski ittihamlardan xəbərsiz olduğunu bildirib. Prokurorluq isə aprelin 27-də ona xəbərdarlıq olunduğunu bildirib.
Qeyd edək ki, Vladimir Bukovski SSRİ-də dissident hərəkatının banilərindən biri hesab olunur. Vladimir Bukovski 1972-ci ildə SSRİ-də "antisovet təşviqatı və təbliğatı" maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sovet qanunvericiliyini nəzərə alsaq, Bukovski tamamilə haqlı olaraq azadlıqdan məhrum edilib. Onun özü də etiraf edib ki, 14 yaşında Nikita Xruşşovun stalinizm cinayətləri haqqında məruzəsini eşidəndən sonra antikommunist olub. O, bundan sonra dissident hərəkatına fəal olaraq qoşulub və öz fəaliyyəti ilə hüquq-mühafizə orqanlarının işini xeyli çətinləşdirib.
Bukovski 1976-cı ildə Çili Kommunist Partiyasının lideri Luis Korvalanı ilə İsveçrədə dəyişdirilib. O, bundan sonra Britaniyada yerləşib. Dissident 2008-ci ildə Rusiyada prezident seçkilərində iştirak etmək istəyib. Lakin Rusiya Mərkəzi Seçki Komissiyası onun namizədliyini qeydə almayıb.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK