Polşa Rusiyanın “Gecə canavarları”nı ölkəyə buraxmadı
Bizi izləyin

Dünya

Polşa Rusiyanın “Gecə canavarları”nı ölkəyə buraxmadı

Polşa hakimiyyəti Rusiyanın “Gecə canavarları” motoklubu ölkə ərazisinə buraxmaqdan imtina edib.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat mərkəzindən bildirilib.

“Gecə canavarları” yürüşə aprelin 5-də Moskvadakı qərargahından başlayıb. Yürüşün planlaşdırılmış marşrutu Minsk, Brest, Vrotslav, Brno, Bratislava, Vyana, Münhen, Praqa, Karlsxorst və Berlin şəhərlərindən keçir. Aksiya 9 may tarixinə kimi davam edəcək. Yürüş Böyük Vətən Müharibəsində qələbənin 70-ci illiyi münasibətilə keçirilir. Marşrutun ümumi uzunluğu altı min kilometrdən çoxdur.

Bundan əvvəl isə Çexiya motosiklet yüüşünün iştirakçılarına ölkənin ərazisinə girməyə icazə verməyib. Almaniya isə “Gecə canavarları” klubunun liderlərini giriş vizasından məhrum edib. Bundan əvvəl bəyan edilmişdi ki, yürüş iştirakçılarının Berlin üzərindən hərəkəti qadağan ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm