• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“İyun ayına kimi hakimiyyət dəyişə bilər ”- Vaşinqtondan şok xəbərdarlıq

  • Dünya
  • 3 Mart 2014 15:17
  • 1 088 Baxış
“İyun ayına kimi hakimiyyət dəyişə bilər ”-  Vaşinqtondan şok  xəbərdarlıq

Publika.Az –ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Avropa Birliyi Şurası və Avropa Komissiyası rəhbərlərinin imzaladığı bəyanatda “Biz Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, BMT qarşısındakı öhdəliklərini və Ukrayna ilə 1997-ci ildə imzalanmış baza razılaşmasını pozmasını qınayırıq” deyilir.

Bəyanat müəllifləri bildirir ki, Rusiyanın Ukraynaya qarşı hərəkətləri “G-7” və “G-8”-in əsaslandığı prinsip və dəyərlərin pozulması deməkdir. “Biz Ukraynanın ərazi bütövlüyünün, siyasi və iqtisadi inkişafının bərpası səylərini dəstəkləməyi öhdəmizə götürürük”, - bəyanatda bildirilir.

ABŞ dövlət katibi Con Kerri isə Rusiya prezidenti Vladimir Putinə qarşı ittihamları çox sərt olub. O, Putinin “G-8”in sammitinə qədər hakimiyyətdə qala biləcəyinə şübhəsini ifadə edib. ABŞ dövlət katibi Rusiyanın Ukraynaya təcavüzünü ağlasığmaz və uydurma bəhanələrlə əsaslandırdığını, amma bunun inadkarcasına və qəsdən bir ölkənin işğalı olduğunu dilə gətirib.

​Bazar günü ABŞ-da CBS telekanalına müsahibə verən C.Kerri ABŞ və başqa ölkələrin bu addıma qarşı çox ciddi cavab verəcəyi haqda xəbərdarlıq edib. C.Kerrİ həmçinin qeyd edib ki, Vaşinqton bu ilin iyununda Soçidə keçirilməsi gözlənilən “G-8” sammitini boykot edə bilər.

“Rusiyanın hərəkəti 21-ci əsrdə 19-cu əsr qaydaları ilə davranmaqdır. Bu addımlarını davam etdirsə, “G-8” ölkələrinin Soçiyə getmələrinin mənası yoxdur. Amma görüşün boykot edilməsi sadəcə başlanğıcdır. Rusiya sərmayələrə və ticarətə möhtacdır. Dünən mənim söhbət etdiyim “G-8” ölkələrinin yekdil fikri budur ki, Rusiya sadəcə təcrid oluna bilər. Onlar artıq Rusiya ilə normal biznes qurmamağı nəzərdə tuta bilərlər”, - deyə ABŞ dövlət katibi Ukraynaya hərbi müdaxilənin Rusiya üçün çox ağır nəticələrinin olacağını söyləyib.

ABŞ-ın Nyu-York şəhərində isə yüzlərlə etirazçı Rusiyanın Ukraynaya müdaxiləsinə etiraz olaraq yürüş keçirib.
Əllərində Ukrayna bayraqları olan etirazçılar şəhərin mərkəzindəki meydanda Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib. Bundan sonra Rusiyanın baş konsulluğunun binası qarşısına yürüş ediblər. Etirazçılar ABŞ-ı Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etməyə, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Praqada da dünən Ukraynaya dəstək mitinqi keçirilib. Mitinqə toplaşanlar Rusiya prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndiriblər.Ukraynanın şərqində -Rusiya ilə sərhəddəki Sumi şəhərində Rusiyanın bu ölkəyə qarşı hərbi müdaxiləsinə etiraz olaraq çoxminlik etiraz aksiyası keçirilib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR