Soyqırımı törətməkdə ittiham olunan şəxs yenidən prezident oldu
Bizi izləyin

Dünya

Soyqırımı törətməkdə ittiham olunan şəxs yenidən prezident oldu

Sudan prezidenti Omar əl Bəşir yenidən seçkilərdə qələbə qazanıb.

Publika.az-ın məlumatına görə, ölkənin Mərkəzi Seçki Komissiyası onun prezident seçkisində 94,05 faiz səs topladığını elan edib. 71 yaşlı Bəşir 13 çox az tanınan rəqiblə mübarizə aparıb. Əsas müxalifət isə seçkini baykot edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib.

Bəşirr Darfur regionunda soyqırım törətməkdə və digər cinayətlərdə ittiham olunur. Amma o ittihamları rədd edir.

Tənqidçilər onu Kütləvi İnformasiya Vasitələri, vətəndaş cəmiyyəti və müxalifətdə olan siyasətçilərlə haq-hesab çəkməkdə ittiham edir.

Bəşirr 25 ildir ki, hakimiyyətdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm