ABŞ yəhudilərin narahatlığına əsas görmür
Bizi izləyin

Dünya

ABŞ yəhudilərin narahatlığına əsas görmür

ABŞ - İran razılaşmasında ciddi monitorinqlər nəzərdə tutulub.

Publika.az-ın məlumatına görə, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Vendi Şerman yəhudi sosial ədalət qrupuna deyib. Onun sözlərinə görə, razılaşmaya ABŞ-ın hələ heç bir ölkə ilə müzakirə etmədiyi ciddi monitorlər daxil edilib.

İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ştatlar və dünya qüdrətlərinin İranla əldə etdiyi razılaşmanı kəskin tənqid edərək, bunun Tehranı yəhudi dövlətinin mövcudluğuna təhlükə yaradan atom silahı istehsalından çəkindirməyəcəyini bildirib.

Vendi Şerman Birləşmiş Ştatların İsrailə dəstəyindən geri çəkilməcəyinə söz verib . O deyib ki, Tehran nüvə razılaşmasının şərtlərini pozsa, ABŞ bunun qarşısını almaq üçün bütün variantlara malik olacak.

Beynəlxalq vasitəçilər iyunun sonuna qədər İranla yekun razılaşmasının əldə edilməsi istiqamətində işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm