Ukrayna Rusiyanı Haaqa tribunalına verir
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanı Haaqa tribunalına verir

Ukraynanın Baş prokurorluğu Haaqa tribunalına veriləcək sənədləri ilin sonuna kimi hazırlayaraq hökumətə təqdim edəcək.

Publika.az “İnterfaks-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorun müavini Vitali Kaskav bildirib.

Kiyev Rusiyanın Donbas hövzəsindəki separatçı qurumlara dəstək verdiyini iddia edərək onun məsuliyyətə cəlb edilməsini tələb edir. Ukrayna həmçinin “DXR” və “LXR” separatçı qurumları kütləvi qətllər və beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir.

Vitali Kaskav deyib ki, Haaqa tribunalına veriləcək sənədlərlə bağlı Baş prokurorluq üzərinə düşən bütün işləri yekunlaşdırıb. Sənədlərə hazırda beynəlxalq ekspertlər baxır. Prezidentin xüsusi fərmanından sonra isə sənədlər tam hazır olacaq.

Bu ilin martında Ukraynanın baş naziri Arseniy Yasenyuk “Krım. Vətən yol” filmi ilə bağlı Haaqa tribunalına müraciət edilməsi barədə Ədliyyə Nazirliyinə tapşırıq verib. Krımın Rusiyaya birləşdirilməsindən bəhs edilən filmdə Rusiya prezidenti Vladimir Putinin böyük müsahibəsi yer alıb. Ukraynanın baş nazirinin sözlərinə görə, filmdə Krımın ilhaqı barədə informasiyalar yer alıb və film Krımın ilhaqına görə kimin məsuliyyət daşıdığını göstərir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm