Bir il də yaşasa 1 milyon dollar alacaq
Bizi izləyin

Dünya

Bir il də yaşasa 1 milyon dollar alacaq

Vyetnam sakini Nquen Txi Çun bir milyon dollar mükafat qazana bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 122 yaşlı qadın bunun üçün daha bir il yaşamalıdır.

Onun 122 yaşında olduğu Ginnesin Rekordlar Kitabı tərəfindən də təsdiqlənib. Nquen Txi Çunun şəxsiyyətini təsdiqləyən sənəddə onun 1893-cü il mayın 4-də anadan olduğu qeyd edilib. Dünyanın ən yaşlı insanı olaraq qeydiyyata alınan Nquen Txi Çundaha bir il yaşasa, moldovalı işadamı Dmitri Kaminskinin vəd etdiyi 1 milyon dollarlıq mükafatı qazanacaq.

Ailəsi yaşlı qadının indiyə kimi xəstəxanada yatmadığını və ciddi bir xəstəlik keçirmədiyini söyləyib. Dünyanın ən yaşlı qadının 11 uşağı olub və onlardan yalnız 2-i sağdır.

Gunnesin Rekordlar Kitabına görə, dünyanın ən yaşlı insanı bu yaxınlara qədər yaponiyalı qadın Misao Okava sayılırdı. O, bu ayın əvvəlində 114 yaşında dünyasını dəyişib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm