Merkel: “Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq”
Bizi izləyin

Dünya

Merkel: “Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq”

Avropa Birliyinin liderləri iyul ayında Rusiyaya qarşı tətbiq edilən sanksiyaların uzadılması məsələsini müzakirə edəcəklər.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Varşavada Polşa hakimiyyətinin nümayəndələri ilə danışıqlardan sonra Almaniya kansleri Angela Merkel deyib.

“Görünür, Minsk razılaşmalarının icrası avqust-sentyabr aylarından daha uzun müddət davam çəkəcək. Bu isə iyul ayında sanksiyaların uzadılması barədə məsələnin müzakirəsi və bu barədə qərar qəbul etməyimizi zəruri edir”, - o, bildirib.

Almaniya kansleri həmçinin xatırladıb ki, bu ilin martında Avropa Birliyinin liderləri Rusiyaya qarşı sanksiyaların müddətinin Minsk razılaşmalarının icrasından asılı olacağı barədə qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm